Menyu

Aprel ayı ərzində dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb

Operativ Media
Aprel ayı ərzində dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb

2026-cı ilin aprel ayı ərzində dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılmışdır.

Operativ Media xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, onların 4-ü Azərbaycan, 4-ü Əfqanıstan, 3-ü İran, 3-ü Mərakeş, 2-si Nigeriya, 1-i Pakistan, 1-i Əlcəzair vətəndaşı оlmuşdur.

Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 6 nəfər saxlanılmışdır.

Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 58 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Əlaqəli Xəbərlər