Culfada kanaldan meyit tapılıb
Operativ Media
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Culfa rayonu, Yaycı kəndi ərazisində kanalda meyit aşkarlanması ilə bağlı məlumat daxil olub.
Operativ Media xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində kanalda aşkar olunan meyit (qadın cinsli) sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net