Menyu

8 may Azərbaycanda qısa iş-günü olacaq

Ayşən Sadıxzadə
8 may Azərbaycanda qısa iş-günü olacaq

Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən bilavasitə əvvəl gələn iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq 1 saat qısaldılır.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən Operativ Media-ya verilən məlumata görə, 9 May – Faşizm üzərində Qələbə Günü qeyri-iş günü olduğundan, 8 may tarixində iş günü qanunvericiliyə uyğun olaraq 1 saat qısaldılacaq.

Qeyd edək ki, 9 May – Faşizm üzərində Qələbə Günü həftənin şənbə gününə təsadüf etdiyindən Azərbaycanda 11 may tarixi qeyri-iş günü olacaq. Bununla da 9, 10, 11 may tarixlərində ardıcıl üç gün iş olmayacaq.

Əlaqəli Xəbərlər