Bakıda Azərbaycan və FAO rəsmilərinin görüşü keçirilib
Azərbaycan və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında Fermer Təsərrüfatları Məlumatlarının Monitorinqi Sisteminin (FDMS) təkmilləşdirilməsi müzakirə olunub.
Operativ Media Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, müzakirələr Aqrar Tədqiqatlar Mərkəzində baş tutub. Görüşdə Mərkəzin direktoru Rəşad Hüseynov, həmçinin nazirlik yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı, eləcə də FAO-nun Siyasət üzrə mütəxəssisi Dmitry Zviagintsev və Təsərrüfat Məlumatlarının Monitorinq Sistemi (FDMS) üzrə eksperti Eduard Matveev iştirak edib. FDMS-in Azərbaycanda tətbiqi, məlumatların toplanması və təhlili mexanizmləri, həmçinin beynəlxalq təcrübə barədə fikir mübadiləsi aparılıb.
Görüş zamanı FDMS-in kənd təsərrüfatı sahəsində qərarvermə prosesinə verə biləcəyi töhfələr, systemin funksional imkanları və gələcək əməkdaşlıq perspektivləri də nəzərdən keçirilib.