Menyu

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib

Operativ Media
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışda olan şəxs Türkiyədə tutularaq Azərbaycana ekstradisiya edilib.

Bu barədə Operativ Media-ya Ədliyyə Nazirliyindən məlumat verilib.

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş və yeri Türkiyədə müəyyən edilən daha bir şəxsin aprelin 29-da Nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.

Belə ki, 2018-ci ildən etibarən bir qrup vətəndaşı müvafiq vəzifələrə təyin etdirmək və ya işə düzəltmək adı ilə aldadaraq onlardan müxtəlif məbləğlərdə pul vəsaiti almaqla və vətəndaşların etibarından sui-istifadə etməklə, ümumilikdə 69 000 (altmış doqquz min) manat məbləğində pul vəsaitini mənimsəyərək zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqda (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 308.1-ci maddələri) ittiham edilmiş Azərbaycan vətəndaşı Hüseynova Sevinc Əlisafa qızının yeri Türkiyədə müəyyən olunub və o, həbs edilib.

Baş Prokurorluğunun sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından, habelə aparılan danışıqlardan sonra həmin şəxsin ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu da öz növbəsində ölkəmizin beynəlxalq aləmda mövcud olan nüfuzunun və Türkiyənin ölkəmiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiq edir.

Hüseynova Sevinc Əlisafa qızı Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Türkiyənin Antalya şəhərindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.

Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.

Əlaqəli Xəbərlər