Menyu

Xalıq Rəhmanov Maliyyə Nazirliyinin Aparatının rəhbəri təyin olunub

Şəfa Hüseynli
Xalıq Rəhmanov Maliyyə Nazirliyinin Aparatının rəhbəri təyin olunub

Xalıq Qəhrəman oğlu Rəhmanov Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının rəhbəri təyin olunub.

Bu barədə Operativ Media-ya Maliyyə Nazirliyindən məlumat verilib.

X.Rəhmanov 1963-cü ildə anadan olub, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

1981-1992-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin tabeli təşkilatlarında müxtəlif vəzifələrdə, 1992-2000-ci illərdə Dövlət Əmlak Komitəsinin Hüquq idarəsində aparıcı hüquqşünas, baş mütəxəssis və şöbə rəisi, 2000-2025-ci illərdə Maliyyə Nazirliyində Hüquq şöbəsinin rəisi, Hüquq İdarəsinin rəisi və Nazirliyin Aparatının rəhbərinin müavini vəzifələrində çalışıb.

X.Rəhmanov 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.

Əlaqəli Xəbərlər