Bakının ən bahalı şadlıq sarayları - SİYAHI
Toy planlaşdıran cütlüklər üçün ən önəmli məsələlərdən biri şadlıq sarayının seçimidir. Paytaxtın toy bazarında hər büdcəyə uyğun müxtəlif seçimlər olsa da, lüks seqmentdə yerləşən məkanlar öz qiymətləri və təklif etdikləri xidmət səviyyəsi ilə digərlərindən fərqlənir.
Operativ Media-nın araşdırmasına əsasən, hazırda Bakının ən bahalı şadlıq saraylarından biri olan "Böyük Saray"da bir nəfərlik menyunun qiyməti 250 AZN-dən başlayır.
Bakının digər məşhur şadlıq sarayı olan "Elit Events Hall"da qiymətlər 150-300 AZN arasında, "Sapfir"də isə 160-250 AZN aralığındadır.
"Gallery Baku Hall"da qiymətlər 130-200 AZN, "Neolit Central"da 120-250 AZN, "Niel Saray"da isə 110-130 AZN aralığında təklif olunur. Şəhərin tanınmış digər məkanları olan "Hollywood Wedding City" və "Ay İşığı"nda qiymətlər 100-200 AZN arasında dəyişir. Siyahının nisbətən daha münasib variantları isə "Şərq Saray" (85-120 AZN) və "Alp Deluxe" (75-160 AZN) hesab olunur.