Menyu

Avtomobil bazarlarında son vəziyyət necədir? - VİDEO

Operativ Media
Avtomobil bazarlarında son vəziyyət necədir? - VİDEO

Hazırda həm paytaxtda, həm də bölgələrdə avtomobil bazarında durğunluq hiss olunur. Qiymətlər nisbətən ucuzlaşsa da, alıcılıq qabiliyyəti xeyli zəifləyib. Satıcıların sözlərinə görə, əvvəl ay ərzində 5–6 avtomobil sata bildikləri halda, indi bu rəqəm 1–2-yə düşüb. Xüsusilə köhnə modellərə maraq nəzərəçarpacaq dərəcədə azalıb.

Operativ Media “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, bazarlarda alıcılar azlıq təşkil edir. Əksəriyyəti sadəcə baxmaqla kifayətlənir, real alış qərarı verməkdə tərəddüd edir. Bəziləri isə konkret məqsədlə gəlib alışını edir, lakin ümumi mənzərə yenə də passivdir.

Avtomobil satışı üzrə mütəxəssis Sərxan Qədirov bildirir ki, bazardakı durğunluğun əsas səbəbləri alıcılıq qabiliyyətinin aşağı düşməsi, kredit şərtlərinin sərtləşməsi və yeni avtomobillərin qiymətinin artmasıdır. 

Onun sözlərinə görə, hazırda ən çox tələbat Koreya istehsalı və Amerikadan gətirilən avtomobillərədir. Xüsusilə ABŞ bazarından idxal olunan maşınlar yerli bazarda üstünlük təşkil edir.

Eyni zamanda, yanacağa qənaətli və hibrid avtomobillərə maraq artdıqca, köhnə benzin mühərrikli modellərin bazardakı mövqeyi zəifləyir. Digər tərəfdən, Çin istehsalı və bəzi alternativ markalara maraq gözlənilən səviyyədə deyil.

Ekspertlər hesab edir ki, yaxın aylarda buraxılış ili daha yeni olan avtomobillərin qiymətlərində müəyyən dəyişikliklər ola bilər. Lakin bazarın tam canlanması üçün əsas şərt alıcılıq qabiliyyətinin artması və maliyyə imkanlarının yaxşılaşmasıdır.

Əlaqəli Xəbərlər