Bakıda “Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” mövzusunda forum işə başlayacaq
Operativ Media
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə aprelin 30-u və mayın 1-də Bakıda “Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” mövzusunda beynəlxalq Gənclər Forumu keçiriləcək.
Operativ Media xəbər verir ki, forumda 17 ölkədən gənc diplomatlar, tədqiqatçılar, beynəlxalq hüquq və səhiyyə sahələri üzrə mütəxəssislər, eləcə də gənclər təşkilatlarının nümayəndələri və tələbələr iştirak edəcəklər.
Tədbir çərçivəsində kolonializm və neokolonializmin müasir fəsadlarına qarşı mübarizədə gənclərin rolu, beynəlxalq əməkdaşlıq və həmrəylik mexanizmlərinin gücləndirilməsi məsələləri müzakirə olunacaq.
Eyni zamanda, müstəmləkəçiliyə məruz qalmış ərazilərdə öz müqəddəratını təyinetmə prosesinin dəstəklənməsi, dekolonizasiya məsələlərinin sürətləndirilməsi və bu istiqamətdə mövcud problemlər ətrafında fikir mübadiləsi aparılacaq.