Menyu

Səbail rayonunda soyğunçuluq edən şəxslər saxlanılıb

Operativ Media
Səbail rayonunda soyğunçuluq edən şəxslər saxlanılıb

Paytaxtın Səbail rayonunda soyğunçuluq hadisəsi qeydə alınıb. 

Operativ Media-ya bu barədə DİN-dən məlumat verilib.

Bildirilib ki, hadisə zamanı naməlum şəxslərdən biri zərərçəkənin diqqətini yayındırıb, digər şəxs isə mobil telefonu danışmaq adı ilə götürərək hadisə yerindən uzaqlaşıb.

Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən, Ş.Bağırov və Z.Məmmədov müəyyən edilərək saxlanılıblar. 

Araşdırmalarla onların oğurladıqları mobil telefonu satdıqları müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

Əlaqəli Xəbərlər