“OBA”dan alınan uduşlu tiraj lotereyasından 100 000 manat böyük uduş qazanılıb
Bu il fəaliyyətinin 10 illiyini qeyd edən “OBA” marketlər şəbəkəsi növbəti sevindirici xəbər ilə gündəmdədir.
Operativ Media xəbər verir ki, ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru Azərlotereya tərəfindən təşkil olunan “Super Keno” tirajlı lotereyada daha bir böyük uduş qeydə alınıb.
100 000 manatlıq uduş İsmayıllı rayon sakini, 27 yaşlı İzzət Ağaya qismət olub. Qalib şanslı kuponu məhz “OBA” marketlər şəbəkəsindən əldə etdiyini bildirib.
Uğurlu kombinasiyada yer alan 2, 12, 23, 32, 34, 43, 50, 54, 63 və 69 rəqəmləri İzzət Ağaya böyük qazanc gətirib. O, uduş xəbərini aldıqdan sonra yaşadığı sevincin sözlə ifadə olunmaz olduğunu və bu anın həyatında unudulmaz iz buraxdığını qeyd edib. Şanslı qalib sevincini ilk olaraq ailəsi ilə bölüşüb.
Qazandığı məbləğlə evinin tikintisini tamamlamayı və həyat yoldaşının avtomobil arzusunu reallaşdırmağı planlaşdıran qalib, bu uduşun onun həyatında xüsusi yer tutduğunu vurğulayıb.
Qeyd edək ki, “Super Keno” lotereyasında maksimum uduş məbləği 1 000 000 manatdır. Tirajlar həftənin hər günü saat 19:45-də Xəzər TV kanalında, eyni zamanda “Azərlotereya”nın “YouTube” və “Telegram” platformalarında canlı yayımlanır.
“Super Keno” uduşlu tiraj lotereyasını “OBA” marketlərdən əldə etmək mümkündür.