Menyu

Kənar insan müdaxiləsinə görə ADY maşinistləri 43 dəfə təcili tormozlama ediblər

Operativ Media
 Kənar insan müdaxiləsinə görə ADY maşinistləri 43 dəfə təcili tormozlama ediblər

Bu ilin I rübündə yola kənar insan müdaxiləsinə görə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) maşinistləri 43 dəfə təcili tormozlama ediblər, ümumilikdə 4 toqquşma hadisəsi baş verib.

Bu barədə Operativ Media-ya "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.

Bildirilib ki, sözügedən hadisələr tələfat və xəsarətlərə, qatarların gecikməsinə, dövlət əmlakına ziyan dəyməsinə və qatarlardakı sərnişinlərin ciddi təhlükəsizlik riskləri ilə üzləşməsinə gətirib çıxarır: "ADY bir daha dəmir yollarını keçərkən diqqətli və ehtiyatlı olmağa, dəmir yolu keçidlərindən istifadə daxil olmaqla, qayda və tələblərə istisnasız əməl etməyə çağırır".

Əlaqəli Xəbərlər