ABŞ administrasiyası hüquq-mühafizə orqanlarında 4000 vəzifəni ixtisar edib
ABŞ administrasiyası cinayətkarlığa qarşı mübarizəni sərtləşdirmək vədlərinə baxmayaraq, əsas hüquq-mühafizə orqanlarında 4000-dən çox iş yerini ixtisar edib.
Operativ Media xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilib ki, konqresə təqdim edilən sənədlərdə casusluq və hərbi texnologiyanın oğurlanması ilə mübarizə aparan departamentlərdə misli görünməmiş işçi sayının azaldılması qeyd olunur. İxtisarlar terrorizmə qarşı mübarizə və narkotik qaçaqmalçılığı da daxil olmaqla, yüksək səviyyəli cinayət araşdırmaları aparan qurumlara təsir edib. Bundan əlavə, ötən il federal narkotik qaçaqmalçılığı ilə bağlı işlərin sayı son 20 ildən çox müddətdə ən aşağı səviyyəyə düşüb. Agentliyin məlumatına görə, hökumət bu il daha az belə iş üzrə məhkəmə prosesi aparır. Prezident və onun siyasi müttəfiqləri ilə bağlı araşdırmalarda çalışan onlarla federal prokuror və FTB agenti işdən çıxarılıb.