Meksika Prezidenti Klaudiya Şeynbaum Çivaua ştatında mütəşəkkil cinayətkarlığa qarşı əməliyyat zamanı iki ABŞ və iki Meksika rəsmisinin ölümü ilə bağlı ABŞ-yə diplomatik nota göndərildiyini açıqlayıb.
Operativ Media xəbər verir ki, bu barədə Şeynbaum mətbuat brifinqində deyib.
Şeynbaum hadisənin milli suverenliyin pozulması olub-olmadığını müəyyən etmək üçün araşdırma aparıldığını bildirib.