İtaliyanın dövlət borcu 3 trilyon avronu keçib
İtaliya dövlət borcu 3 trilyon avronu ötən ikinci Avropa İttifaqı ölkəsi olub.
Operativ Media xəbər verir ki, bu barədə Avrostat statistika agentliyi məlumat yayıb.
Məlumata görə, İtaliyanın dövlət borcu 2025-ci ildə 100 milyard avrodan çox artaraq 3,095 trilyon avroya çatıb. Fransada isə bu göstərici 3,5 trilyon avronu ötüb.
Bildirilir ki, Almaniyanın borcu ötən il təxminən 150 milyard avro artaraq 2,8 trilyon avrodan çox olub.
Eyni zamanda, Avropa İttifaqı ölkələrində dövlət borcunun ÜDM-ə nisbəti 2024-cü ildəki 80,7%-dən 2025-ci ildə 81,7%-ə yüksəlib. İtaliyada bu göstərici 137,1% təşkil edib və yalnız Yunanıstanda (146,1%) daha yüksək olub. Sonrakı yerlərdə Fransa (115,5%), Belçika (107,9%) və İspaniya (100,7%) qərarlaşıb.