Kuril adaları yaxınlığında 5,1 bal gücündə zəlzələ olub
Operativ Media
Saxalin bölgəsindəki Kuril adaları yaxınlığında 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
Operativ Media xəbər verir ki, Yujno-Saxalinsk seysmik stansiyasının məlumatına görə, yeraltı təkanlar Severo-Kurilsk sakinləri tərəfindən hiss olunub. Zəlzələnin episentri Severo-Kurilskdən 97 km şərqdə, 39 km dərinlikdə yerləşib.