Hörmüz boğazının açılması ilə bağlı 30-dan çox ölkənin hərbi ekspertləri Londonda bir araya gələcəklər
Şəfa Hüseynli
30-dan çox ölkədən hərbi ekspertlər bu gün və sabah Hörmüz boğazının açılması üzərində işləmək üçün Londonda bir araya gələcəklər.
Operativ Media xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Conni Hill bildirib.
"Bizim vəzifəmiz boğazda naviqasiya azadlığını təmin etmək və davamlı atəşkəsi dəstəkləmək üçün diplomatik konsensusu birgə plana çevirməkdir. Əminəm ki, növbəti iki gündə real irəliləyiş əldə edəcəyik", - deyə Conni Heali bildirib.
Ötən həftə Fransa Prezidenti Emmanuel Makron, İtaliya Baş naziri Ciorci Meloni, Böyük Britaniya Baş naziri Kir Starmer və Almaniya Kansleri Fridrix Merz Hörmüz boğazını müzakirə etmək üçün Parisdə görüşdülər. Danışıqlardan sonra liderlər boğazda naviqasiya azadlığını təmin etmək üçün birgə dəniz missiyasına başlayacaqlarını elan etdilər.