Menyu

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində yeni təyinat olub

Operativ Media
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində yeni təyinat olub

Piri Axundov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində tədris və təlim işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.

Bu barədə Operativ Media-ya agentlikdən məlumat verilib.

Bildirilib ki, Piri Axundov əmək fəaliyyəti dövründə Azərbaycan Dövlət Aqrar Universitetində müəllim, dekan müavini, rektor köməkçisi, baş müəllim və Azərbaycan Texnologiya Universitetində tədris şöbəsinin müdiri vəzifələrində çalışıb.

2021-ci ildən etibarən Qərbi Kaspi Universitetində Tədrisin təşkili və idarə olunması mərkəzinin müdiri vəzifəsində fəaliyyət göstərib, həmçinin 2022-ci ildən Fəlsəfə və hüquq kafedrasının müdiri vəzifəsinin icrası ona həvalə olunub. Hindistanda, Rusiyada, Türkiyədə, Gürcüstanda beynəlxalq konfrans və təlimlərdə iştirak edib.

Əlaqəli Xəbərlər