Ana səhifə / İqtisadiyyat / Azərbaycanda gübrə idxalı 29 % artıb Azərbaycanda gübrə idxalı 29 % artıb 18.04.2026, 19:57 Operativ Media Bu ilin yanvar-mart aylarında Azərbaycan 29,447 milyon ABŞ dolları dəyərində gübrə idxal edib. Operativ Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 28,7 % çoxdur. Hesabat dövründə Azərbaycanın gübrə ixracının dəyəri 29,162 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 39,5 % azdır.