Menyu

Cari ilin ilk rübündə dəyəri 25 milyon dollara yaxın qara metallar ixrac edilib

Operativ Media
Cari ilin ilk rübündə dəyəri 25 milyon dollara yaxın qara metallar ixrac edilib

Bu ilin yanvar-mart aylarında ölkədən təqribən 24,9 milyon dollar dəyərində 20,2 min tondan çox qara metallar və onlardan hazırlanan məmulatlar ixrac olunub.

Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 19,1 faiz, həcm olaraq isə 9,9 faiz çoxdur.

Hesabat dövründə bu məhsulların ümumi ixracda xüsusi çəkisi 0,46 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 2,89 faizə bərabər olub.


Əlaqəli Xəbərlər