Azərbaycan və AİB arasında iqtisadi tərəfdaşlıq müzakirə olunub
Operativ Media
İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktoru xanım Lea Qutierrez ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə nazir öz “X” hesabında paylaşım edib.
“Görüşdə ölkəmizdə iqtisadiyyatın diversifikasiyası, özəl sektorun və KOB-ların dəstəklənməsi, vergi islahatlarını müzakirə etdik.
Dövlət-özəl tərəfdaşlığının təşviqi, rəqəmsallaşma və insan kapitalının inkişafı sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi, regional təşəbbüslər, yaşıl enerji dəhlizləri və bağlantılar, həmçinin digər əməkdaşlıq istiqamətləri ilə bağlı fikir mübadiləsi apardıq”, - nazir qeyd edib.