Rusiyanın Azərbaycana yatırdığı investisiyanın 27 faizi neft-qaz sektorunun payına düşüb
Operativ Media
2026-cı il aprelin 1-nə olan məlumata görə, Azərbaycanda Rusiya kapitalı ilə 2100-dən çox kommersiya qurumu qeydiyyatdan keçib, onlardan 1400-dən çoxu aktiv fəaliyyət göstərir.
Operativ Media AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında çıxışı zamanı bildirib.
“Bu qurumlar sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, farmasevtika və xidmət sahələri də daxil olmaqla iqtisadiyyatın əsas sektorlarında təmsil olunurlar. Rusiyadan Azərbaycan iqtisadiyyatına yönəldilən birbaşa investisiyaların həcmi 10,7 milyard dollar təşkil edib. Bunun 2,9 milyard dolları neft-qaz sektoruna yatırılıb”, – deyə Baş nazirin müavini vurğulayıb.