Şirvanda evdən 15 min manat oğurlayan iki nəfər saxlanılıb
Operativ Media
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində yerləşən evlərin birindən oğurluq etməkdə təqsirli bilinən Emin Abbasov və Ağa Dəmirov saxlanılıblar.
Operativ Media-ya bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Onlar qeyd edilən mənzildən 15000 manat nağd pul vəsaiti oğurlayıblar.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.