Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsi iki dəfədən çox artıb
Operativ Media
Bu ilin yanvar-mart aylarında Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 2,2 dəfə artaraq 296,2 milyon dolları üstələyib.
Operativ Media bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində ABŞ ilə ticarətin payı 3,14 faiz təşkil edib.