Menyu

Azərbaycanın 2030-cu ilə qədər olan iqtisadi artım proqnozu açıqlanıb

Operativ Media
Azərbaycanın 2030-cu ilə qədər olan iqtisadi artım proqnozu açıqlanıb

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin mart ayında təqdim olunan proqnozlara əsasən baza ssenaridə neftin bir barelinin orta illik ixrac qiyməti 2027-2030-cu illər üçün 65 dollar olacağı fərz edilib. Proqnozlara əsasən 2027-ci ilin sonuna ÜDM-in həcmi 139 milyard manat təşkil edəcəyi, 2030-cu ildə isə 166,9 milyard manata qədər artacağı gözlənilir.

Operativ Media Maliyyə Nazirliyinin 2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsinə istinadla xəbər verir ki, ÜDM-də qeyri-neft-qaz sektorunun payının 2025-ci ildəki 71,5 faizdən 2027-ci ildə 78 faizə, 2030-cu ildə isə 81,8 faizə çatacağı gözlənilir. Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3, faiz, qeyri-neft-qaz ÜDM-in 4,2 faiz olacağı proqnozlaşdırılır.

İqtisadiyyat Nazirliyinin təqdim etdiyi məlumatlara əsasən, 2026-cı ildə neft və qaz hasilatının həcminin azalacağı gözlənilir. 2029-2030-cu illərdə neft və əmtəəlik qaz hasilatı üzrə artımın müşahidə olunması ilə neft-qaz sektorunda artım proqnozlaşdırılıb.

Əlaqəli Xəbərlər