Ana səhifə / Cəmiyyət / Sabirabadda 5 kiloqram narkotik vasitə aşkarlanıb Sabirabadda 5 kiloqram narkotik vasitə aşkarlanıb 15.04.2026, 16:41 Operativ Media Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Anar Rəhimov, Cəlal Cavadov və Ümüd Qənbərov saxlanılıblar. Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.Bildirilib ki, onlardan 5 kiloqramdan artıq narkotik vasitə həşiş, tiryək, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb. Saxlanılan şəxslər ifadələrində narkotikləri müxtəlif ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.Saxlanılan hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq araşdırmaları davam etdirilir.