Menyu

Pərakəndə elektron ticarət dövriyyəsi artıb

Operativ Media
Pərakəndə elektron ticarət dövriyyəsi artıb

Bu ilin yanvar-mart aylarında ölkə üzrə pərakəndə elektron ticarət dövriyyəsinin həcmi 80,7 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, bu, ötən ilin müvafiq dövrünün göstəricisinə nisbətdə real ifadədə 35,8 faiz çoxdur.

Hesabat dövründə ölkə üzrə pərakəndə ticarət dövriyyəsi 15,9 milyard manat olub ki, onun da 0,51 faizi informasiya sistemlərindən (internet, ekstranet və s.) istifadə edilməklə malların alqı-satqısı üzrə həyata keçirilən fəaliyyət sayəsində formalaşıb.

Əlaqəli Xəbərlər