Menyu

Nazir "Yüksəliş müsabiqəsi"nin qalibləri ilə görüşüb

Operativ Media
Nazir "Yüksəliş müsabiqəsi"nin qalibləri ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov V "Yüksəliş" müsabiqəsinin qalibləri Elnur Məmmədli və Kamran Ələsgərovla Mentorluq proqramı çərçivəsində ilk görüşünü keçirib.

Operativ Media bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, nazir qalibləri müsabiqədə əldə etdikləri uğur münasibətilə təbrik edib, gənclərin bilik və bacarıqlarının daha da artırılmasının, şəxsi inkişafın önəmini vurğulayıb. İştirakçılar təhsil və peşəkar fəaliyyət istiqamətləri, həmçinin gələcək hədəfləri ilə bağlı məlumat veriblər. Görüşdə qaliblərin fərdi inkişaf planı, idarəetmə və peşə bacarıqlarının inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Mentorluq proqramı müddətində potensial addımlar müzakirə edilib.

Əlaqəli Xəbərlər