Cari ilin iki ayında 6,5 milyon dollarlıq tərəvəz və meyvələrin emal məhsulları ixrac edilib
Operativ Media
Bu ilin yanvar-fevral ayları ərzində ölkədən 6,5 milyon ABŞ dolları dəyərində 4 min tondan çox tərəvəz və meyvələrin emal məhsulları ixrac edilib.
Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, 2025-ci ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə ixracın dəyəri 33 faiz, həcmi isə 17,6 faiz artıb.
Cari ilin ilk iki ayında bu kateqoriyadan olan məhsulların ümumi ixracda xüsusi çəkisi 0,18 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,13 faizə bərabər olub.