Menyu

Qərbi Avropa ölkələrindən Azərbaycana gələn turistlərin sayı artıb

Xəbərlər redaksiyası
Qərbi Avropa ölkələrindən Azərbaycana gələn turistlərin sayı artıb

Bu ilin yanvar-fevral aylarında Qərbi Avropa ölkələrindən Azərbaycana 14,3 minə yaxın xarici vətəndaş səfər edib ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 33,5 faiz çoxdur.

Dövlət Turizm Agentliyindən Operativ Media-ya verilən məlumata əsasən, təkcə cari ilin fevral ayında qeyd edilən regiondan gələnlərin sayı 7,4 min nəfərdən çox təşkil edib. Bu, 2025-ci ilin fevral ayına nisbətdə 25,5 faiz, cari ilin yanvar ayına nisbətdə isə 9,6 faiz çoxdur.

2026-cı ilin fevral ayında Qərbi Avropa ölkələrindən Azərbaycana gələn turistlərin sayına görə TOP 10 ölkə:

Birləşmiş Krallıq

Almaniya

İtaliya

Fransa

İspaniya

Niderland

Belçika

Portuqaliya

Avstriya

İsveç

Əlaqəli Xəbərlər