Menyu

Füzulidə topdansatış mağazasında alkaqollu içkilərdə uyğunsuzluq aşkarlanıb

Operativ Media
Füzulidə topdansatış mağazasında alkaqollu içkilərdə uyğunsuzluq aşkarlanıb

Saxta alkoqollu içkilərin satışı ilə bağlı daxil olan müraciət əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Füzuli rayonunun Bala Bəhmənli kəndində sahibkar Bakir Tohid oğlu Babayevə məxsus ərzaq məhsullarının topdan satışı mağazasında yoxlama keçiriblər.

Agentlikdən Operativ Media-ya verilən məlumata görə, yoxlama zamanı müvafiq müşayiətedici sənədləri olmayan “Etalon Vodka”, “Kozino Vodka”, ”Revizor Vodka” əmtəə nişanlı alkaqollu içkilər satışdan kənarlaşdırılıb və nümunələr götürülərək laborotor müayinələrə cəlb olunub.

Sınaq nəticəsində “Etalon Vodka” və ”Revizor Vodka” əmtəə nişanlı alkoqollu içkilərdə tündlük göstəriciləri üzrə uyğunsuzluq aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər