Menyu

Ötən il Sumqayıt Sənaye Parkında 2,2 milyard manatlıq məhsul satışı həyata keçirilib

Operativ Media
Ötən il Sumqayıt Sənaye Parkında 2,2 milyard manatlıq məhsul satışı həyata keçirilib

2025-ci ildə Sumqayıt Sənaye Parkında 2,2 milyard manatlıq məhsul satışı həyata keçirilib.

İqtisadi Zonaların İnkişafı Agentliyindən Operativ Media-ya bildirilib ki, satışın 1,1 milyard manatı ixracın payına düşür. Sənaye parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların istehsalı və emalı müəssisələri fəaliyyət göstərir.

Parkda ümumi investisiyalarının həcmi təqribən 6,6 milyard manatdan artıq olan 38 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. İndiyədək sənaye parkına rezidentlər tərəfindən 5,6 milyard manatdan çox investisiya yatırılıb. Cənubi Qafqazın ən böyük sənaye parkında 6097 daimi iş yeri yaradılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər