Menyu

Bu ilin ilk iki ayında 5,4 milyon dollarlıq mis məmulatları ixrac edilib

Operativ Media
Bu ilin ilk iki ayında 5,4 milyon dollarlıq mis məmulatları ixrac edilib

Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2026-cı ilin yanvar-fevral aylarında ölkədən 5,4 milyon dollar dəyərində 604 tondan çox mis və ondan hazırlanan məmulatlar ixrac olunub.

Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 36,8 faiz, həcm baxımından isə 7,3 faiz çoxdur.

Ümumilikdə cari ilin ilk iki ayında ölkədən dəyəri 529,49 milyon dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2025-ci ilin müvafiq göstəricisini 20 faiz üstələyir. Hesabat dövründə mis və ondan hazırlanan məmulatlar ixracının xüsusi çəkisi 1,03 faizə bərabər olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər