Menyu

IV Vergi və Mühasibatlıq Zirvəsinə son 1 gün

Operativ Media
IV Vergi və Mühasibatlıq Zirvəsinə son 1 gün

“Facemark” və “Good Finance” şirkətlərinin tərəfdaşlığı ilə 4 aprel tarixində ölkəmizdə IV Vergi və Mühasibatlıq Zirvəsi təşkil olunacaq.

Operativ Media xəbər verir ki, bu zirvə illər ərzində sahənin aparıcı mütəxəssislərini bir araya gətirən və vergi, mühasibatlıq, eləcə də maliyyə istiqamətlərində aktual mövzuların müzakirə edildiyi nüfuzlu platformalardan birinə çevrilib.

Zirvə çərçivəsində iştirakçılar üçün həm peşəkar biliklərin paylaşılması, həm də təcrübə mübadiləsi baxımından dəyərli imkanlar yaradılır.

Tədbir kiçik və orta sahibkarlara dəstək göstərən aparıcı maliyyə institutu “PAŞA Bank”, “Unibank”ın bank sponsorluğu və “Azintelecom”un rəqəmsal həllər üzrə sponsorluğu ilə həyata keçirilir. Zirvə dövlət və özəl sektor nümayəndələrini, maliyyə və vergi sahəsinin aparıcı mütəxəssislərini bir araya gətirərək sahə üzrə aktual məsələlərin müzakirəsi və peşəkar təcrübə mübadiləsi üçün mühüm platforma rolunu oynayacaq.

Bu il zirvə “Bahalı səhvlər” mövzusuna həsr olunub. Tədbirdə maliyyə idarəçiliyi, əmək münasibətləri və vergi sahəsində şirkətlərin ən çox yol verdiyi kritik yanlışlıqlar diqqət mərkəzində olacaq. Bu səhvlərin hansı səbəblərdən yarandığı və biznes üçün yarada biləcəyi hüquqi və maliyyə nəticələr ətraflı şəkildə təhlil ediləcək.

Zirvə boyunca mütəxəssislər real təcrübələrə əsaslanaraq bu kimi risklərin qarşısını alma yollarını, daha düzgün qərarvermə mexanizmlərini və praktik həlləri iştirakçılarla bölüşəcəklər. Tədbir çərçivəsində sahənin aktual mövzularını əhatə edən bir neçə panel müzakirəsi keçiriləcək.

I Panel – “Maliyyə riskləri və uçot”

Bu paneldə maliyyə qərarlarında risklərin düzgün qiymətləndirilməsi, uçot sisteminin effektiv qurulması, maliyyə nəzarət mexanizmləri və şirkətlərdə maliyyə intizamının təmin olunması kimi məsələlər müzakirə ediləcək. Ekspertlər real biznes nümunələri əsasında maliyyə idarəetməsində buraxılan səhvlərin mümkün nəticələrini və onların qarşısının alınması yollarını bölüşəcəklər.

II Panel – “Əmək münasibətlərində uçot riskləri”

Panel çərçivəsində vergi qanunvericiliyində tez-tez rast gəlinən səhvlər, vergi yoxlamaları zamanı şirkətlərin üzləşdiyi risklər, hüquqi məsuliyyət və bu risklərin idarə olunması üçün tətbiq edilən praktik yanaşmalar müzakirə olunacaq.

III Panel – “Vergi riskləri”

Bu paneldə əmək müqavilələri və işçi–işəgötürən münasibətlərində yaranan hüquqi və maliyyə riskləri, əmək qanunvericiliyində tez-tez rast gəlinən səhvlər və onların biznesə təsirləri ekspertlərin təcrübəsi və baxışları əsasında müzakirə olunacaq.

IV Vergi və Mühasibatlıq Zirvəsi maliyyə, vergi və mühasibatlıq sahəsinin aparıcı mütəxəssislərini bir araya gətirərək təcrübə mübadiləsi, aktual məsələlərin müzakirəsi və effektiv həll yollarının paylaşılması üçün vacib platforma rolunu oynayacaq.

Tədbir haqqında daha ətraflı məlumat almaq və iştirak etmək üçün zirvənin rəsmi saytına (www.vmz.az) və sosial media hesablarına keçid edə bilərsiniz.

//www.instagram.com/vmzbaku/

//www.facebook.com/vmzbaku/

//www.linkedin.com/company/vmz-baku/?viewAsMember=true


Əlaqəli Xəbərlər