Nizami Kino Mərkəzinin fasadına qrafit çəkən şəxslər saxlanılıblar
Operativ Media
Nizami Kino Mərkəzinin divarına qrafit çəkən şəxslər saxlanılıblar.
Operativ Media xəbər verir ki, qrafiti tipli təsvirlər çəkən 20 yaşlı A.S, 16 yaşlı L.M, 16 yaşlı Ş.Q və 17 yaşlı M.B-nin valideynlərinin iştirakı ilə aidiyyəti üzrə Polis İdarəsində profilaktik iş aparılır.
Abidəyə dəyən ziyanın məbləğinin müəyyən olunması və hüquqi məsuliyyət tədbirləri istiqamətində araşdırmalar davam etdirilir.