Menyu

İspaniya Kralı Volodimir Zelenski ilə görüş keçirib

Operativ Media
İspaniya Kralı Volodimir Zelenski ilə görüş keçirib

İspaniya Kralı VI Felipe Madridin Sarsuela Sarayında Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş keçirib.

Operativ Media xəbər verir ki, bu barədə Ukrayna lideri öz "Telegram" kanalında yazıb.

"Müharibə səbəbindən evlərini tərk etmək məcburiyyətində qalan insanlarımıza İspaniyanın yardımını yüksək qiymətləndiririk. Rusiya təcavüzünün davam etdiyi bütün bu illər ərzində Ukraynaya göstərdiyi dəyişməz dəstəyə görə Əlahəzrətə və bütün İspaniya xalqına təşəkkür edirəm", - paylaşımda bildirilib.

Qeyd edək ki, daha əvvəl İspaniyaya səfəri çərçivəsində Ukrayna lideri krallığın baş naziri Pedro Sançeslə görüşüb. İki ölkə arasında bir sıra yeni müdafiə sazişləri imzalanıb.

Əlaqəli Xəbərlər