Ana səhifə / Cəmiyyət / Marketdə soyğunçuluq edən iki nəfər saxlanılıb Marketdə soyğunçuluq edən iki nəfər saxlanılıb 17.03.2026, 16:51 Operativ Media Paytaxtın Nizami rayonu ərazisində yerləşən mağzaların birində soyğunçuluq törədildiyi barədə polisə məlumat daxil olub.Operativ Media-ya bu barədə DİN-dən məlumat verilib.Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 42 yaşlı Tərlan Abbasov və 28 yaşlı İsmayıl Dostəlizadə müəyyən edilərək saxlanılıblar.Faktla bağlı araşdırmalar davam etdirilir.