Menyu

Deputat: Piyada zolağında hər adama görə maşın saxlamamalıdır

Operativ Media
Deputat: Piyada zolağında hər adama görə maşın saxlamamalıdır

"Piyada zolağında yolu keçən hər adama görə maşın saxlamamalıdır".

Operativ Media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nın müzakirəsində parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Komitə sədri təklif edib ki, piyadaların yol keçməsi ilə bağlı qaydalara yenidən baxılsın və dəyişikliklər edilsin: "Bizə adi görünə bilər, lakin vətəndaşların yolu keçmək qaydalarında müəyyən düzəlişlər tətbiq etmək əhəmiyyətli olar. Piyada zolağında yolu keçən hər bir adama görə maşının saxlaması yolverilməzdir. Elə bilirəm ki, piyadalar 8-10 nəfər olduqdan sonra maşınlar onlara piyada zolağında keçid üçün yol verməlidir".

Əlaqəli Xəbərlər