Menyu

Mirzoyan isveçrəli həmkarı ilə sülh prosesinə dair addımları müzakirə edib

Operativ Media
Mirzoyan isveçrəli həmkarı ilə sülh prosesinə dair addımları müzakirə edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Berndə İsveçrənin vitse-prezidenti, Xarici İşlər üzrə Federal Departamentinin rəhbəri İqnazio Kassislə görüşüb.

Operativ Media xəbər verir ki, həmsöhbətlər iki ölkə arasında siyasi dialoqun dinamik inkişafını və müxtəlif istiqamətlərdə tərəfdaşlığın gələcək inkişafına hazırlığı məmnuniyyətlə qeyd ediblər.

Mirzoyan və Kassis Cənubi Qafqaz və Yaxın Şərqdəki hadisələr ətrafında da fikir mübadiləsi aparıblar.

Ermənistanın XİN rəhbəri İrəvan və Bakı arasında bərqərar olmuş sülhün daha da institusionallaşdırılmasına yönəlmiş addımları təqdim edib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Əlaqəli Xəbərlər