Menyu

Pezeşkian Hindistanın Baş naziri ilə danışıb

Operativ Media
Pezeşkian Hindistanın Baş naziri ilə danışıb

Hindistanın Baş naziri Narendra Modi ilə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.

Operativ Media xəbər verir ki, N. Modi bu barədə özünün "X" sosial şəbəkə hesabında məlumat verib.

Modi bildirib ki, söhbət zamanı regiondakı vəziyyət müzakirə edilib:

"Gərginliyin artmasından və mülki şəxslərin həyatını itirməsindən, eləcə də mülki infrastruktura dəyən ziyandan dərin narahatlığımı ifadə etdim."

Telefon danışığı zamanı Hindistan vətəndaşlarının təhlükəsizliyi, onların maneəsiz tranziti və digər əlaqəli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Modi həmçinin dialoq və diplomatiya çağırışı edib.

Əlaqəli Xəbərlər