Menyu

Binəli Yıldırım: Azərbaycanın təhlükəsizliyi Türkiyənin təhlükəsizliyidir

Operativ Media
Binəli Yıldırım: Azərbaycanın təhlükəsizliyi Türkiyənin təhlükəsizliyidir

“Qlobal Bakı Forumunda iştirak etməkdən böyük məmnuniyyət duyuram”.

Operativ Media xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım öz "X" hesabında bildirib:

"Fərqli coğrafiyalardan liderləri, siyasətçiləri, akademikləri bir araya gətirən Qlobal Bakı Forumu qlobal məsələlərin açıq dialoq mühitində müzakirə edildiyi son dərəcə mühüm bir platformaya çevrilmişdir. Bu mühüm tədbirin təşkilində əməyi keçən başda İlham Əliyev olmaqla Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bütün rəhbərliyinə təşəkkür edirəm.

Türkiyə ilə Azərbaycan “Bir millət, iki dövlət” anlayışı ilə hərəkət edən iki qardaş ölkədir. Bu anlayışa uyğun olaraq Türkiyədə tez-tez vurğulandığı kimi, Azərbaycanın təhlükəsizliyi Türkiyənin təhlükəsizliyi, Türkiyənin sabitliyi isə Azərbaycanın sabitliyidir.

Bu güclü bağın arxasında iki ölkə lideri – Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında formalaşmış səmimi dostluq və güclü etimad münasibətləri mühüm rol oynayır.

Bu liderlik və uzaqgörən baxış sayəsində Türkiyə ilə Azərbaycan arasındakı həmrəylik yalnız ikitərəfli münasibətlər səviyyəsində deyil, eyni zamanda regionumuzda sülh, sabitlik və əməkdaşlıq baxımından da güclü bir nümunə təşkil edir.

Baş verən müharibələr və geosiyasi gərginliklər təkcə siyasi balanslara deyil, həm də qlobal ticarət yollarına, enerji xətlərinə və təchizat zəncirlərinə birbaşa təsir göstərir. Buna görə də qlobal ticarətin təhlükəsizliyi və davamlılığı artıq yalnız iqtisadi məsələ deyil, eyni zamanda strateji təhlükəsizlik məsələsidir.

Orta Dəhliz Asiya ilə Avropa arasında təhlükəsiz, sürətli və dayanıqlı nəqliyyat və ticarət xətti kimi getdikcə daha böyük strateji əhəmiyyət qazanır. Xəzər hövzəsindən Qafqaza, Orta Asiyadan Anadoluyadək uzanan bu xətt region ölkələri arasında iqtisadi əməkdaşlığı gücləndirən, əlaqəliliyi artıran və qlobal ticarətin şaxələndirilməsinə töhfə verən mühüm marşrut kimi çıxış edir.

Bu gün baş verən qlobal proseslər açıq şəkildə göstərir ki, Orta Dəhliz yalnız regional layihə deyil, həm də qlobal ticarətin təhlükəsizliyi baxımından strateji alternativ kimi ön plana çıxır".

Əlaqəli Xəbərlər