Menyu

İran ABŞ-nin neft və nüvə obyektlərinə qarşı planlarına hazır olduğunu bəyan edib

Operativ Media
İran ABŞ-nin neft və nüvə obyektlərinə qarşı planlarına hazır olduğunu bəyan edib

ABŞ İranın neft və nüvə obyektlərinə qarşı plan qurur və Tehran bu planla üzləşməyə hazırdır.

Operativ Media xəbər verir ki, bunu İran XİN rəhbəri Abbas Əraqçi bildirib.

O, ABŞ-nin bu addımlarını inflyasiya və bazar qiymətlərinə təsir kimi qiymətləndirib.

Əraqçi qeyd edib ki, epik səhv əməliyyatından 9 gün keçib, neftin qiyməti ikiqat artıb və bütün malların qiyməti sürətlə bahalaşıb.

Nazir əlavə edib: “Biz bilirik ki, ABŞ böyük inflyasiya şokunu aradan qaldırmaq üçün neft və nüvə obyektlərimizə qarşı sui-qəsd hazırlayır. İran buna tam hazırdır. Bizim də bir çox sürprizlərimiz var”.


Əlaqəli Xəbərlər