Ərdoğan: Türkiyə Şimali Kiprə F-16 qırıcıları və HHM sistemləri yerləşdirib
Operativ Media
Türkiyə Şimali Kipr Türk Respublikasının müdafiəsini gücləndirmək məqsədilə adaya 6 ədəd F-16 qırıcı təyyarəsi və hava hücumundan müdafiə sistemləri yerləşdirib.
Operativ Media xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğan məlumat verib.
Türkiyə Prezidenti qeyd edib ki, Ankara regiondakı müttəfiq və qardaş ölkələrlə daim əlaqə saxlayır.
“Bir millət, iki dövlət şüarı ilə hərəkət etdiyimiz can Azərbaycan başda olmaqla bölgədəki digər qardaş ölkələrlə daim təmasdayıq”, – deyə Ərdoğan bildirib.
O əlavə edib ki, regionda fəaliyyət göstərən terrorçu qruplaşmaların fəaliyyəti də Türkiyə tərəfindən davamlı şəkildə izlənilir.