Almaniya hökuməti Yaxın Şərqdəki gərgin vəziyyətlə əlaqədar Tehrandakı səfirliyinin əməkdaşlarını müvəqqəti olaraq təxliyə edib.
Operativ Media xəbər verir ki, bu barədə "DPA" agentliyi məlumat yayıb.
Almaniya Xarici İşlər Nazirliyi təhlükəsizliklə bağlı narahatlıqlara görə işçilərin müvəqqəti olaraq İrandan çıxarıldığını, lakin səfirliklə təcili əlaqənin mümkün olduğunu bildirib.
"Bu müvəqqəti köçürmə, yanvar ayının ortalarında ehtiyat tədbiri olaraq artıq görülən işçilərin ixtisarı tədbirlərinin davamıdır", - deyə qeyd olunub.