Menyu

Türkiyə Azərbaycandan xam neft tədarükünü artırıb

Operativ Media 65 baxış
Türkiyə Azərbaycandan xam neft tədarükünü artırıb

Bu ilin yanvar ayında Azərbaycandan Türkiyəyə 19,5 milyon ABŞ dolları dəyərində 41,7 min tondan çox xam neft və neft məhsulları ixrac olunub.

Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricilərini dəyər ifadəsində 4,6 dəfə, həcm baxımından isə 4,8 dəfə üstələyir.

Ümumilikdə cari ilin ilk ayında ölkədən 1,238 milyard dollar dəyərində 2,6 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Türkiyə 9-cü yerdə qərarlaşıb və ixrac həcminin 1,58 faizi bu ölkənin payına düşüb.


Əlaqəli Xəbərlər