Bu ilin yanvar ayında ölkənin metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 2 min ton emal edilməmiş metallar (qurğuşun, alüminium, sink, nikel və s.) istehsal edilib.
Dövlət Statistika Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə istehsal həcmi 5,3 faiz artıb.
2026-cı ilin fevral ayının 1-nə hazır məhsul ehtiyatı 3,2 min ton təşkil edib.