Londonun ICE birjasında 2026-cı ilin may ayı üçün "Brent" markalı xam neftin fyuçerslərinin qiyməti bu səhər 3,5% artıb.
Operativ Media birjalara istinadən xəbər verir ki, "Brent" markalı xam neftin qiyməti Bakı vaxtı ilə saat 8:02-də 2,87% artaraq bir barel üçün 83,74 dollara çatıb.
Bakı vaxtı ilə saat 08:17-də "Brent" markalı xam neftin fyuçersləri artımını sürətləndirərək barel üçün 84,25 dollara (3,5% artım) satılıb.