Bu ilin yanvar ayında ölkədən təqribən 8,2 milyon ABŞ dolları dəyərində 10,9 min tondan çox alma ixrac edilib.
Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 19,5 faiz, həcmi isə 1,9 faiz artıb.
Cari ilin ilk ayında almanın ümumi ixracda xüsusi çəkisi 0,37 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 3,05 faizə bərabər olub.