Menyu

Mikayıl Cabbarov bp rəhbərliyi ilə əməkdaşlıq və yaşıl enerji məsələlərini müzakirə edib

Operativ Media
Mikayıl Cabbarov bp rəhbərliyi ilə əməkdaşlıq və yaşıl enerji məsələlərini müzakirə edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşüb.

Operativ Media xəbər verir ki, nazir bu barədə öz "X" hesabında paylaşım edib.

Görüşdə şirkətlə əməkdaşlığın gündəliyində olan fəaliyyət istiqamətləri nəzərdən keçirilib.

"Şirkət ilə birgə layihələrin səmərəliliyinin artırılması, yaşıl enerji sahəsində ortaq təşəbbüslər, iş proseslərinin qlobal sənaye standartlarına uyğun təkmilləşdirilməsi, neft-qaz əməliyyatlarında karbonsuzlaşma və innovativ metodların tətbiqi ilə real dəyərin yüksəldilməsi barədə müzakirələr apardıq", - nazir qeyd edib.

Əlaqəli Xəbərlər