Azərbaycan və Moldova bərpa olunan enerji sahəsində əməkdaşlığı müzakirə edib
Operativ Media
Energatika naziri Pərviz Şahbazov Moldovanın energetika naziri Dorin Junqetu ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə Pərviz Şahbazovun "X" hesabında paylaşım edilib.
"Məşvərət Şurası nazirlərin iclasları ərəfəsində Moldovanın energetika naziri Dorin Junqetu ilə keçirilən görüşdə təbii qaz və bərpa olunan enerji sahəsində yeni əməkdaşlıq imkanlarını dəyərləndirdik", - paylaşımda qeyd olunub.